Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək – SƏRƏNCAM

Oxunma vaxtı:39 Saniyə

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Doğrusöztv.Az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Nazirlər Kabineti sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Loading

Next Post

Erməni ictimaiyyəti terrorçuları qəhrəmanlaşdırmaqla beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır - Sevil Mikayılova

Terrorçuların qəhrəmanlaşdırılması kimi utanc gətirən, eyni zamanda kifayət qədər təhlükəli tendensiya formalaşdıra biləcək ictimai siyasət erməni cəmiyyətində durmadan geniş vüsət alır. Doğrusoztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. S.Mikayılova qeyd edib ki, çox uzaq olmayan tarixə ekskursiya etsək, İkinci Dünya müharibəsində “ad çıxarmış” erməni faşist […]