Erməni ictimaiyyəti terrorçuları qəhrəmanlaşdırmaqla beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır – Sevil Mikayılova

Hafiz Əliyev
Oxunma vaxtı:1 Dəqiqə, 51 Saniyə

Terrorçuların qəhrəmanlaşdırılması kimi utanc gətirən, eyni zamanda kifayət qədər təhlükəli tendensiya formalaşdıra biləcək ictimai siyasət erməni cəmiyyətində durmadan geniş vüsət alır.

Doğrusoztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, çox uzaq olmayan tarixə ekskursiya etsək, İkinci Dünya müharibəsində “ad çıxarmış” erməni faşist Nijdenin qan içən əməlləri hələ də insanlığa qarşı qatı cinayət faktları kimi arxivlərdə durur.

“Müxtəlif qanlı cinayətlər törətmiş Nijdeyə, Türk diplomlatlara hücum edib onları qətl edənə “NEMESİS” terror təşkilatına Ermənistanda abidə ucaldılması bu ölkədə faşizm və terrorun artıq dövlət siyasti səviyyəsinə qaldırılması anlamına gəlir. Beləliklə, terrorçular erməni cəmiyyətinə qəhrəmanlıq simvolu kimi təlqin olunur”, – deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova bildirib ki, Ermənistan ictimaiyyətinin analoji təşəbbüslərindən biri də hər il 27 iyul tarixində “Lissabon 5” adlı anım mərasiminin keçirilməsidir. Dəhşət doğuran məqam isə belə tədbirlərdə erməni ruhanilərinin “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləməsidir. Erməni kilsəsi insanlığa qənim kəsilmiş cinayətkarları müqəddəsləşdirir.

“Terroru təbliğ edən və terroristləri qəhrəmanlaşdıran Ermənistan ictimaiyyətinə xatırlatmaq lazımdır ki, 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşdülər. Portuqaliya polisi hadisəyə müdaxilə etməyə çalışsa da, erməni terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışdılar.

Bu dəhşətli terror hadisəsi dünyanı sarsıtdı və həmin dövrdə bir çox dövlətlər tərəfindən də qınanıldı. Hətta erməni terrorunun təhlükəsi o həddə çatmışdı ki, hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdi. “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”, – deyə o həyəcan təbili çaldı.

S.Mikayılova qeyd edib ki, müasir dövrdə erməni ictimaiyyəti bu kimi amansız, dünya tarixinə qanlı cinayətlərlə düşmüş terrorçuları təbliğ etməklə, qəhrəmanlaşdırmaqla beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradırlar.

“Zaman keçsə də erməni terrorunun hələ də mahiyyətcə dəyişmədiyini görürürük Tarix boyu islamafob, anti-türk ideologiyası ilə silahlanmış erməni terrorizmi bu gün bütün əndazələri aşaraq daha geniş formada təbliğ olunur. Bugün terrorla mübarizədə aktiv iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar Ermənistan ictimaiyyətinin terror təbliğatına passiv qalmamalı, etiraz səsini qaldırmalıdılar. Əks halda erməni cəmiyyəti tərəfindən aparılan “qəhrəman” terrorçu ideologiyası bütün dünyanı yoluxduraraq qanlı fəsadlara yol aça bilər.”

Loading

Next Post

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb

2023-ci ilin iyun ayında Türkiyədə Azərbaycan kapitalı ilə 130 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 şirkət azdır. Doğrusöztv.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına […]