Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu – Yenilənib

Oxunma vaxtı:41 Saniyə

Naxçıvanda Uzunoba gölündə iki nəfər boğulub.

“Qafqazinfo” xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.

Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.

***

Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.

Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Loading

Next Post

Şuşada məktəbin açılışı bu tarixdə olacaq

“Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlət başçısı üç […]