Sifarişlə törədilən qəsdən adam öldürmə cinayətinin istintaqı tamamlanıb

Oxunma vaxtı:47 Saniyə

Xəbər verildiyi kimi, martın 15-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı evin qarşısında öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə),  Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Loading

Next Post

İyulun 24-də Baş prokuror Tovuzda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 24-də, saat 10:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili rayon prokurorları […]