İyulun 24-də Baş prokuror Tovuzda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 24-də, saat 10:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tovuz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

15 günlük övladını zibilə atan ananı hansı cəza gözləyir? - VİDEO

İyulun 17-də paytaxtın Sabunçu qəsəbəsində 15 günlük körpəsini zibil qutusuna atan ana polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Təhqiqat onun barəsində istintaq üçün zəruri olan materialları toplayaraq Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim edib. Qeyd edək ki, Hövsan qəsəbə sakini 31 yaşlı Səbinə Abdulmömin qızı Qasımova barəsində ilkin […]