15 günlük övladını zibilə atan ananı hansı cəza gözləyir? – VİDEO

Oxunma vaxtı:22 Saniyə

İyulun 17-də paytaxtın Sabunçu qəsəbəsində 15 günlük körpəsini zibil qutusuna atan ana polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Təhqiqat onun barəsində istintaq üçün zəruri olan materialları toplayaraq Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim edib.

Qeyd edək ki, Hövsan qəsəbə sakini 31 yaşlı Səbinə Abdulmömin qızı Qasımova barəsində ilkin ibtidai istintaq araşdırması Sabunçu RPİ-nin müstəntiqlərinin icraatına verilib. Qadın barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin açılması istisna olunmur.

Loading

Next Post

Din-də görüş keçirilib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Əvvəlcə cənab Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, […]