Politoloq: “Prezident İlham Əliyevin sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir”

Oxunma vaxtı:33 Saniyə

“Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi və bacarıqlı siyasəti sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir. Albaniya Prezidentinin Bakıya səfəri isə iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə xidmət edəcək”.

Bunu “Report”a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Albaniya Prezidenti Bayram Beqayın Azərbaycan lideri İlham Əliyevlə Bakıda görüşü ikitərəfli münasibətlərdə mühüm hadisədir: “Albaniya Prezidentinin Azərbaycana bu səfəri əlamətdardır və iki ölkə arasında əməkdaşlığın bir çox sahələrini, o cümlədən siyasi, enerji və mədəniyyət sahələrini əhatə edir”.

Ekspertin fikrincə, Albaniya şirkətləri Azərbaycanda turizm, infrastruktur, hökumətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr, mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını araşdırmalıdır.

Loading

Next Post

Çörəyin qiyməti bu tarixdən ENƏCƏK - RƏSMİ

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq. Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən – yəni iyul ayının 17-dən 300 […]