Adrian Mutu “Neftçi”də ilk transferini gerçəkləşdirib

Oxunma vaxtı:22 Saniyə

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini gerçəkləşdirib.

“Report” “prosport.ro” saytına istinadən xəbər verir ki, paytaxt klubu rumıniyalı mütəxəssisin istəyilə ÇFR-dən Yuri Matiası heyətinə qatıb.

İddiaya görə, “ağ-qaralar” bu keçid üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.

Rumıniya klubunun prezidenti Nelu Varqa da 28 yaşlı müdafiəçini satdıqlarını təsdiqləyib. Amma o, təcrübəli oyunçunun hansı komandaya keçdiyini açıqlamayıb.

Qeyd edək ki, “Neftçi” Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb.

Loading

Next Post

Politoloq: "Prezident İlham Əliyevin sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir"

“Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi və bacarıqlı siyasəti sayəsində Bakı ilə Tirana arasında əməkdaşlıq yüksək səviyyədədir. Albaniya Prezidentinin Bakıya səfəri isə iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə xidmət edəcək”. Bunu “Report”a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib. Onun sözlərinə görə, Albaniya Prezidenti Bayram […]