Elçin Quliyev İsrailin müdafiə nazirini qəbul etdi

Oxunma vaxtı:50 Saniyə

İyul ayının 13-də ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, İsrailin müdafiə naziri Yoav Qallant fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazıb.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası və İsrail Dövləti arasında qarşılıqlı faydalı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirə zamanı qurumlar arasında birgə əməkdaşlıq fəaliyyətlərinə nəzər salınıb, bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolu vurğulanıb, qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Prezidentin sərt tənqid etdiyi nazir kimdir? - DOSYE 

Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi Gədəbəydə baş verən hadisələrə görə sərt tənqid edib. Prezident həmçinin Gədəbəy rayonunda baş vermiş hadisəni tamamilə qəbuledilməz adlandırıb: “Mən hesab edirəm ki, Ekologiya və Təbii […]