Ağcabədidə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə müşavirə keçirilib

Oxunma vaxtı:40 Saniyə

İyulun 10-da Ağcabədidə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Prezidentin müvafiq fərmanına əsasən müşavirə keçirilib.Rayon İcra Hakimiyyətinin binasında təşkil olunan tədbirdə icra hakimiyyətinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin məsul əməkdaşları, Rayon Kommunal Xidməti və Mənzil İstismarı idarəsinin, yerli icra və bələdiyyə,eləcə də digər aiddiyyatı qurumların nümayəndələri iştirak ediblər.Tədbirdə RİHB-nin I müavini Xətai Zeynalov çıxış edərək, şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlərdən söz açıb. X. Zeynalov baş verən qanun pozuntularının vaxtında aşkar edilməsindən, nöqsanların tez bir zamanda aradan qaldırılmasının vacibliyindən danışıb. Sonra çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi Zöhrab İsmayılov qanunsuz tikinti işlərinin qarşısının alınması, yaşayış məntəqələrində sakinlər tərəfindən fərdi evlərin və mənzillərin sığortalanması və digər mövzular barəsində ətraflı məlumat verib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Loading

Next Post

Yerli məhsulların bahalaşma səbəbi- AÇIQLAMA

“Biz hələ də yerli məhsulu lazım olan keyfiyyət və həcmdə təmin edə bilməmişik”. Bu sözləri BiG.AZ-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov bildirib. “Yerli məhsullarda keyfiyyət və həcmi təmin edə bilməməyimiz dünya bazarında qiymət dəyişikliklərinin fonunda ölkəmizə də mütləq şəkildə öz təsirini göstərir. Bu qiymət artımı probleminin birinci səbəbidir. Digər səbəb də Azərbyacanda […]