SOCAR “Qalatasaray”ın enerji sponsoru və Avrokubok oyunlarında forma sponsoru olub

Oxunma vaxtı:29 Saniyə

Türkiyənin ən böyük birbaşa xarici investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü il mövsümündə “Qalatasaray”ın enerji sponsoru və avrokubok oyunlarında kişilərdən ibarət futbol komandasının forma sponsoru olub.

“Report” xəbər verir ki, “SOCAR Türkiyə”, “Qalatasaray” İdman Klubu və “Qalatasaray Sportif A.Ş.” arasında imzalanan müqaviləyə əsasən, “Qalatasaray” futbol komandası 2023-2024-cü il mövsümündə UEFA çərçivəsində təşkil olunacaq bütün rəsmi yarışlarda (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Loading

Next Post

Söyüdlüdəki şirkət fəaliyyətini müvəqqəti dayandırır - Nazir AÇIQLADI

“Sabah Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın növbəti iclası olacaq”. Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib. O qeyd edib ki, […]