Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək

Oxunma vaxtı:32 Saniyə

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.

Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Loading

Next Post

Ceyhun Bayramov: "İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik"

“İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik”. “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu məsələ ilə bağlı rəsmi Bakının ciddi gözləntiləri var: “İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var”.