Vətən müharibəsindən sonra yüksək texnologiyalı protezlə təmin edilən hərbçilərin sayı açıqlandı

Oxunma vaxtı:27 Saniyə

Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir.

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.

Loading

Next Post

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

İyunun 5-də Ağcabədi Bayraq Muzeyində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, rayon Polis şöbəsi rəisinin Əməliyyat İşləri üzrə birinci müavini,  polis polkovnik-leytenantı Elmir Dəmirçiyev, şöbənin bir qrup polis əməkdaşları, Ağcabədi rayon […]