“Neftçi” “Srvena Zvezda”ya darmadağın oldu

Oxunma vaxtı:29 Saniyə

Rusiyada “Matç TV” turnirində iştirak edən “Neftçi” bu gün növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubu üz-üzə gəlib. Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılan görüşdə Bakı klubu 0:4 hesabı ilə uduzub. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edib.

Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda Zenit”ə uduzub – 1:3. “Ağ-qaralar”  son matçında Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.

8 iyul

“Matç TV” turniri

20:30 “Neftçi – “Srvena Zvezda” – 0:4 

Qollar: İvaniç, 9, Mitroviç, 17, Bukari, 45, Şliviç, 81

Loading

Next Post

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 29-34° isti olacaq.Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq […]