“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Hafiz Əliyev
Oxunma vaxtı:1 Dəqiqə, 21 Saniyə

İyunun 5-də Ağcabədi Bayraq Muzeyində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, rayon Polis şöbəsi rəisinin Əməliyyat İşləri üzrə birinci müavini,  polis polkovnik-leytenantı Elmir Dəmirçiyev, şöbənin bir qrup polis əməkdaşları, Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Şəxsin işçiləri, rayon Təhsil Sektorunun nümayəndələri,  Gənclər və İdman idarəsinin kollektivi, ümumtəhsil məktəblərində Uşaq birliklərinin rəhbərləri və məktəblərin psixoloqları iştirak ediblər.

Çıxış edən  İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov cəmiyyətimizin hazırkı ən böyük bəlalarından biri olan, “ag ölüm” adlandırılan narkomaniyanın törətdiyi ağır fəsadlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bu zərərli vərdişin hazırda təkcə gənclər arasında deyil, orta və digər yaş kateqoriyalarına mənsub olan insanların arasında daha geniş yayıldığını diqqətə çatdırıb. O, bu halın qarşısının alınması üçün insanlar arasında, xüsusən orta məktəblərdə və digər tədris ocaqlarında tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Polis şöbəsi rəisinin Əməliyyat İşləri üzrə birinci müavini Elmir Dəmirçiyev də öz çıxında vurğulayıb ki, narkomaniya ilə mübarizədə hər kəs, bir bir vətəndaş polis orqanları ilə həmrəy olaraq zərərli vərdişlərə qarşı birgə mübarizə aparmalıdır. Polis polkovnik-leytenantı həmçinin təəssüf hissi ilə qeyd edib ki, ötən il rayonumuzda narkotik istifadəçilərinin sayı orta hesabla 40-a bərabər idisə, bu ilin statistikasına görə bu rəqəmin göstəricisi artıq 80-ə bərabərdir. O da vurğulanıb ki, narkotik maddələrdən istifadə edənlərin say çoxluğu rayon mərkəzində və rayonun Hindarx qəsəbəsində daha çox üstünlük təşkil edir. Bununla yanaşı Elmir Dəmiçiyev polis əməkdaşlarının bu sahədə keçirdikləri əməliyyat-istintaq tədbirlərindən söz açıb, saxlanılan şəxslərin istintaqa cəlb edilməsilə yanaşı, onlar arasında maarifləndirici söhbətlərin daim aparıldığını da diqqətə çatdırıb.

Loading

Next Post

"Neftçi" "Srvena Zvezda"ya darmadağın oldu

Rusiyada “Matç TV” turnirində iştirak edən “Neftçi” bu gün növbəti oyununa çıxıb. Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubu üz-üzə gəlib. Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılan görüşdə Bakı klubu 0:4 hesabı ilə uduzub. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edib. Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda Zenit”ə uduzub – […]