Fransalı deputat Makronu topa tutdu

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

“Fransada baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”.

Bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir.

“Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən idi. Əhali Fransa siyasətindən əziyyət çəkir. Biz Fransa siyasətinin qurbanlarıyıq”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Fransada hamı deyir ki, hökumətin siyasətindən əziyyət çəkir:

“Polis zorakılığı haqqında danışarkən, Prezident Emmanuel Makron deyir ki, elə şey yoxdur. Amma ortada zorakılığa dair xeyli faktlar var”.

Loading

Next Post

Gürcüstanın baş nazirinin müavini Saakaşvili ilə bağlı açıqlama verib

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili tam həbs müddətini respublikada çəkməlidir”. Bu sözləri jurnalistlərə Gürcüstanın baş nazirinin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani deyib. “Saakaşvili həbs cəzasına məhkum edilib. Bu cəza suveren ölkəmizin qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Bizim məqsədimiz onun tam müddətdə cəza çəkməsidir”, – deyə Tsulukiani əlavə edib. […]