“Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar” – Nazir müavini

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

“Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, digər ölkələrin dərmanlarının qiymətləri ilə əlaqəli məlumat bazası toplanır: “Lazım olan təqdirdə Tarif Şurası ilə operativ müzakirə aparılaraq həll yolarını tapırıq”.

R.İsmayılov qeyd edib ki, Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsi üçün lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaircdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Bu dərmanların keyfiyyətinə zəmanət verilmir”.

Loading

Next Post

Prezident Tatyana Valovayanı qəbul etdi - YENİLƏNİB

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib. Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında […]