“Onlar Qarabağdan tamamilə çıxmalıdır”

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, – deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.

Loading

Next Post

"Mən öz mədəniyyətimi göstərdim" - Erməni təxribatı ilə üzləşən idmançımız

Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib. O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib: “Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə […]