Ermənilər Ağdamı ATƏŞƏ TUTDU

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Loading

Next Post

Emin Ağalarov Leyla Əliyevanı bu görüntü ilə təbrik etdi - FOTO

Azərbaycanın Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günü ilə bağlı paylaşım edib. O, özünün sosial şəbəkə hesabında Leyla Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin olduğu şəkli paylaşaraq qeyd edib: “Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara, və möhtəşəm övladlarımıza görə çox […]