Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

İyulun 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək, arabir yağış yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Leyla Abdullayeva Fransada AzTV əməkdaşlarına edilən hücumdan YAZDI

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarına hücumu qınayıb. O, bu barədə tviter hesabında yazıb. “Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək”, – xanım diplomat qeyd edib. Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş […]