“Mövqelərimiz intensiv atəşə tutulur, Ordumuz cavab tədbirləri görür” – MN

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Loading

Next Post

İlham Əliyev və Rüstəm Minnixanov Cəbrayılda açılış etdilər

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Tatarıstan liderinin mətbuat xidmətinin məlumatına görə, xidmət mərkəzi Cəbrayıldakı […]