Zaqatalada ekologiyaya vurulan ziyan – KİMDİR CAVABDEH?

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

DogrusozTv.az saytı Zaqatala meşəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı oxucularına məlumat vermişdi. Redaksiya olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Şəki Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ)  rəhbərliyini də telefonla məlumatlandırmışdıq. İdarə rəsmisi həmin yerə artıq baxış keçirildiyini, aşkar olunan fakt üzrə toplanmış materialın araşdırma aparılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərildiyini, təqsirkarın müəyyən olunaraq tapılıb məsuliyyətə cəlb olunacağını bildirmişdi.

Bəzi dəqiqləşdirilməmiş məlumatlara görə, GPS cihazı ilə yoxlananda həmin yer meşə ərazisinə düşür. Digər məlumatlara görə isə sözügedən sahə müəyyən üsulla “sənədləşdirilərək” Elvin adlı şəxsin sədrlik etdiyi Muxax kənd bələdiyyəsinin ərazisi kimi tanınıb. Hərçənd, bələdiyyə sədri onunla əlaqə saxladığımızda məlumatın yalan olduğunu dedi. İnanmaq istəyirik ki, hüquq-mühafizə orqanları ərazinin aidiyyət məsələsinə tam aydınlıq gətirəcəklər. Əgər sənəd tərtibində saxtakarlıq varsa, məsul vəzifəli şəxslər cinayət əməllərinə görə qanun qarşısında cavab verməli olacaqlar.

Sözügedən ərazidə ağac kəsən motorlar, parket sexləri fəaliyyət göstərir. Hamıya gün kimi aydındır ki, həmin sexlərə ağaclar qonşu Gürcüstandan gətirilmir. Təbii ki, yerli meşələrin məhvi hesabına kimlərsə özünə biznes qurub və nəzarətedici orqanların vəzifəli şəxslərindən “xeyir-dua” alıb. Sexlərlə bağlı da Şəki RETSİ rəhbərliyinə suallarımızı ünvanlamışıq. Ancaq idarə rəisi məlumatının olmadığını bildirib. Daha sonra çəkiliş nəticəsində hazırladığımız video-materialı idarəyə göndərmişdik. İdarə rəisi həmin materialın da ona çatmadığını demişdi.

Araşdırmalarımız davam edir.

Seyid İsmayıl Abbasov,

“Doğru Söz” qəzetinin və “DogruSoztv.az” Milli İnformasiya Agentliyinin baş redaktoru

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutublar - RƏSMİ

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.