İlham Əliyev Xalq artistinə “İstiqlal” ordenini təqdim etdi – FOTO

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 12 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib.

Xalq artistini təbrik edən Prezident İlham Əliyev dedi:

– Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır.

Oqtay Mirqasımov: Minnətdaram.

Prezident İlham Əliyev: Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün – yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm.

x x x

Dövlətimizin başçısı “İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Oqtay Mirqasımov: Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük – həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.

İlham Əliyev Xalq artistinə “İstiqlal” ordenini təqdim etdi - FOTO

Loading

Next Post

Bulvarda skuter sürmək istəyənlərin NƏZƏRİNƏ!

Bulvar ərazisində skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb. Bu barədə Dənizkənarı Bulvar İdarəsi açıqlama yayıb. Qeyd olunub ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulub. Məhdudiyyət tətbiq olunduğu gündən skuter istifadəçilərinin yenidən Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi […]