Bir il əvvəl doktor Məcid Əliyevin Şəki səhiyyəsinə dönüşünü şəkililər alqışla qarşıladılar

Oxunma vaxtı:2 Dəqiqə, 21 Saniyə

İnsan üçün həyatda ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır.

İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzaladığı gün həkimlərə ünvanladığı təbrik məktubunda deyirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”.

Səhiyyə kollektivinə rəhbərlik edən şəxsin üzərinə isə ikiqat, üçqat məsuliyyət düşür. O, elə ünsiyyət yaratmalıdır ki, həkimlər özlərini inamlı və məsuliyyətli, xəstələr isə rahat, təyin olunan müalicənin düzgünlüyünə əmin hiss etsinlər. Haqqında söz açdığımız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məcid Əliyev məhz bu sadaladığımız üstün keyfiyyətlərə malik həkimlərimizdəndir.

Məcid Əliyev 21 fevral 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Göynük kəndində anadan olub.

1990-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib.

1990 – 1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasında həkim-terapevt, 1993 – 1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi, 1997 – 2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri, 2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimininin müavini, 2010 – 2017-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019 – 2022-ci illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. 1 avqust 2022-ci il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktorudur.

Doktor Məcid Əliyevin ötən il Şəki səhiyyəsinə dönüşü şəkililər tərəfindən alqışla qarşılandı. Çünki onun vaxtilə baş həkim kimi fəaliyyət göstərdiyi müddətdə kollektivdə olduqca sağlam, işgüzar atmosfer yaranıb. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilib.

Şəki MRX-da doktor Məcid Əliyevin fəaliyyəti həm pasientlər, həm tibb ictimaiyyəti, həm rayon rəhbərliyi, həm TƏBİB, həm də Səhiyyə Nazirliyi (SN) tərəfindən yüksək qiymətləndirilir. Məcid həkimin səmərəli idarəçiliyinin nəticəsidir ki, Şəki səhiyyəsində müsbət meyllər davamlı olaraq ilbəil artır. Hətta qonşu rayonların sakinləri də keyfiyyətli tibbi xidmət üçün Şəki Mərkəzi Şəhər Xəstəxanasına üz tuturlar.

Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmaya,  bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Bu şərəfli peşənin müsafirləri olan Məcid Əliyevə və onunla-çiyin – çiyinə çalışan həmkarlarına ilk növbədə can sağlığı və insanların sağlamlığı naminə fəaliyyətlərində uğurlar arzulayırıq.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

VİCDANLILIQ NÜMUNƏSİ

Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları […]