

Zaqatalada meşədə ağacların kəsilməsi ilə bağlı oxuyucularımıza xəbər vermişdik.
Şəki regional idarəsinin rəhbəri ilə DOĞRUSÖZTV.AZ olaraq telefon əlaqəsi saxladıq. Bizə çox səmimi olaraq bildirildi ki, biz həmin yerə baxış keçirtdik və aidiyyatı üzrə məlumatı mühafizə orqanlara göndərdik. Günahkar kimdirsə cəzasını alacaq. Bəzi qeyri mənbədən tam dəqiq olmasada aldığımız məlumata görə GPS ilə yoxlananda həmin ərazi meşə ərazisinə düşür. Bəzi məlumatlarda bizə çatır ki, həmin yer müəyyən yollarla sənədləşdirilib bələdiyyə ərazisi kimi tanınıb. Bu məlumatın dəqiqliyini mühafizə orqanları daha dəqiq araşdıracaq.
Əgər bu sənədləşmədə saxtakarlıq varsa məsuliyyət daşıyanlar cinayət əməlinə görə cavab verməli olacaqlar. Həmin bölgədə ekologiyanın düşməni olan prağramalar və parket sexləri fəaliyyət göstərir. Bu hər birimizə gün kimi aydındır ki, o sexlərə gürcüstandan ağac gəlmir. Çox güman ki həmin meşələrdən istifadə olunur. Ekalogiya biznesi ilə məşğul olan kimlərdi?
****
Zaqatala meşələrində təbiətə çox böyük ziyan vurulur. Meşədə ağacların özbaşına kəsilməsi faktları aşkarlanıb. Bunun la bağlı Şəki Regional Ekologiya idarəsinin əməkdaşı və Şəki Regional Ekologiya idarəsinin rəhbəri ilə əlaqə saxladıq. Bizə bildirildiki, bu haqda məlumatımız yoxdur. Belə bir hadisənin olmadığını bildirdilər. Şəki Regional Ekologiya idarəsinin rəhbrəliyinə bütün faktları video halında göndərdik. O isə göndərilən videonun ona çatmadığını bildirdi.
Qeyri bir mənbədən aldığımız məlumata görə həmin ərazi Muxağ kənd bələdiyyəsinə aiddi. Bələdiyyə sədri isə Elvin adlı bir şəxsdi.
Elvin müəllim ilə əlaqə saxladıq. Bizə bildirdiki bu yalan məlumatdı. Baxmayaraq ki, əlimizdə foto və video materiallar var. Bir neçə mənbəyə məlumat verdikdən sonra bizə məlumat çatdıkı Mühafizə orqanları tərəfindən meşədə ağacların kəsilməsi ilə əlaqədar olaraq, həmin ərazi nəzarətə götürülüb. Aldığımız məlumata görə o bölgədə bir neçə parket sexləri fəaliyyət göstərir.
Ekalogiya biznesi ilə məşğul olan kimlərdi?
Bununla bağlı araşdırmamız davam edir.