Bu müəllimlərin maaşları artırıla bilər – RƏSMİ

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov məlumat verib.

Onun sözlərinə görə, təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək.

C.Kərəmov bildirib ki, hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi vakantdır: “Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur”.

Loading

Next Post

Prezidentdən AQTA ilə bağlı FƏRMAN

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Agentliyin Əsasnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentliyin yeni vəzifələri aşağıdakılardır: ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini təmin etmək; […]