Şimşək çaxacaq, dolu düşəcək – Sabahın havası

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

İyunun 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-23° isti olacaq.

Loading

Next Post

Türkiyənin Azərbaycanda maraq doğuran yeni nazirləri...

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-ü ölkənin Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Yeni hökumətdə əksər nazirlər yeniləri ilə əvəzlənib. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda fəaliyyəti yaxından izlənilən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və daxili işlər naziri Süleyman Soylunun yeni hökumətdəki sələflərinin kim […]