Hansı şagirdlərə qırmızı attestat verilir?

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Şagirdin qırmızı attestat alması üçün buraxılış imtahanlarında yüksək qiymət almalıdır.

Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Buraxılış imtahanından zəif nəticə göstərən şagirdin qırmızı attestat alması halı mümkün deyil”,- deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Etibar Əliyev qeyd edib ki, 2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub.

Loading

Next Post

Cənubi Afrika buna görə Putini sammitə dəvət etmək istəmir

Cənubi Afrika Respublikası hökuməti Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi BRİKS sammitinə dəvətini geri götürmək istəyir.  Bu barədə TASS məlumat yayıb.  Bildirilir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən Putinin “həbs edilməsi” haqqında orderin verilməsi olub.   “Bu asan deyil. Rusiya liderinin Cənubi Afrika hakimiyyəti tərəfindən həbsi onu seçmiş xalqa […]