Şuşada türk şöləni…

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 14 Saniyə

Şuşa.. 2023-cü il, 1 iyun…

O gün dağlardan boylanan günəş Şuşanın tarixi məkanında qurulmuş ağ çadırı öz isti qucağına aldı. Bir neçə saat sonra burada qurulan və türkün tarixi identiklik simvolu olan çadırlarda türk dünyasının 5 ölkəsindən gəlmiş uşaqlar öz rəqslərini nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan Şuşaya təşrif buyurmuş 150-dən çox uşaq həm Şuşanı, Cıdır düzünü seyr edir, həm də rəşadətli Azərbaycan əsgərlərinin Şuşa qalasının fəth hekayəsini dinləyirdilər.

Qazaxıstandan gəlmiş 10 yaşlı Sadat Nur, Turbek Öser Şuşa qalası ilə bağlı təəssüratlarını elə heyranlıqla təsvir edirdilər ki…

Və saat 11:15. Beynəlxalq Uşaq Festivalı başladı… Azərbaycanlı uşaqların “Qaytağı” rəqsi, türk çocuqların “Fethiye” yörəsinə qarışdı, qazax uşaqlarının “Baldırqan” rəqsi tamaşaçılarda bənzərsiz hisslər yaratdı, qırğız uşaqlarının “Temir komuz”, özbək uşaqlarının “Assalom” rəqsləri auditoryanı çoşdurdu.

Uşaqlar o qədər enerjili və sevincli idilər ki, bunu görmək üçün onlarla birgə olmaq lazım idi.

Şuşa da türk ölkələrinin uşaqlarını öz ağuşuna aldığı üçün çox sevinirdi. Şuşanın təbiəti də bütün əhval-ruhiyyəsini doğma qonaqlarına göstərmək istəyirdi sanki – yağışı, dolusu, şimşəyi, günəşi ilə.

Bu tədbirin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi təpədən dırnağa türk şəhəri olan Şuşanın türk şöləni ilə süstlənməsi idi. Bu torpaqdan pərvazlanan Üzeyir bəyin Hacıbəylinin, Firudin bəy Köçərlinin, Əhməd bəy Ağaoğlunun ruhları göylərdə bərqərar idi. Həm də bu tədbirin ulu öndər Heydər Əliyevə ithaf olunması ayrı bir ruh yaradırdı.

Şuşanın iki gün ərzində türk ölkələrinin uşaqlarına ev sahibliyi etməsi yəqin ki, onların yaddaşlarında əbədi qalacaq.

Özü də Şuşada türk şöləni kimi..

Loading

Next Post

İYİ Partiyanın keçmiş icraçısı evində ölü tapıldı

İYİ Partiya Çaycumanın keçmiş bələdiyyə sədri və Zonguldak İl İdarəçisi vəzifələrində çalışmış Erhan Bilgin evində ölü tapılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, ailəsi Erhan Bilgini evdə cansız vəziyyətdə tapıb. Hadisə yerinə sağlamlıq və polis qrupları cəlb olunub. Həkim qruplarının müayinəsindən sonra Bilginin infarkt keçirərək öldüyü müəyyən edilib.