Anar Cəbrayıllı: “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir”

Admintrator
Oxunma vaxtı:38 Saniyə

“Abonentlərin təxmini 11 faizində sayğac yoxdur”.

Bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, hazırda təxmini 40 minə yaxın bağ evi var ki, sudan istifadəyə görə cəmi 3 manat 50 qəpik ödəniş edir:

“2023-cü ilin sonuna qədər həmin ünvanlarda 100-ə yaxın su sayğacı quraşdırılacaq.

Ən çox həyət evləri, bağ evləri ilə bağlı problem var. Bostan, bağ becərirlər, sudan istifadə edirlər, amma ödəniş etmirlər. Türkan və Zirə qəsəbələri qanunsuz su istifadəsi ilə bağlı ən böyük problem olan yerlərdir.

Artıq suya yanaşma dəyişməlidir. “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir. Mən “Azərsu”ya gələnə qədər suyu açıq qoyurdum. Amma indi bilirəm ki, bu su Bakıya necə əziyyətlə gətirilir. Sudan istifadə zamanı bunu nəzərə almaq lazımdır”. 

 207 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Prezidentdən Şərqi Zəngəzurla bağlı FƏRMAN və SƏRƏNCAM

Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və […]