“Ölkəmizdə media azadlığı təmin olunur” – İnam Kərimov

Admintrator
Oxunma vaxtı:50 Saniyə

“Bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur”.

Bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.

O xatırladıb ki, 2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir:

“Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə, media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir.

Azadlıqla məsuliyyət vəhdət təşkil edir. Yəni, azadlıqla məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır. Odur ki, daha çox azadlıq həm də daha çox məsuliyyət deməkdir. Media orqanlarının obyektivlik, dürüstlük, şəffaflıq, şəxsi həyata hörmət kimi dəyərləri özündə ehtiva edən qanunla müəyyən edilmiş vəzifələri var. Məhkəmənin də rolu bütün tərəflərin hüquq və vəzifələrini balanslı şəkildə qiymətləndirməkdən ibarətdir. Məhkəmə hakimiyyəti olaraq bizim də media orqanlarından əsas gözləntimiz məsuliyyətli olmalarıdır. Ona görə ki, media həm də məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır”.

 198 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Aysunun keçmiş əri həbs olundu

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub. Dogrusoztv.az Olay-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib. Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət […]