Türkiyə seçkiləri: Bu gün ölkə xaricində səsvermə başa çatır

Admintrator
Oxunma vaxtı:26 Saniyə

Bu vaxta qədər Türkiyə xaricində prezident seçkilərinin ikinci turu üçün 1 733 940 seçici səs verib.

Dogrusoztv,az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək.

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

 171 total views

Next Post

Kılıçdaroğlu narahatdır - Video qalmaqalı böyüyür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə bağlı dedikləri gündəm olub. O, Kılıçdaroğlunun terrorçularla videosunun olduğunu deyib. “Kılıçdaroğlunun Kandildəkilərlə videoları var, bunları yayımladılar. Amma montaj, amma elə, amma belə… Terrorçuların liderləri video çəkərək CHP-yə dəstək verdi. İndi bunlar gənclərimizin iti zəka məhsulu […]