Kərim Vəliyev Pakistanın komandanı ilə görüşdü – FOTOLAR

Admintrator
Oxunma vaxtı:1 Dəqiqə, 24 Saniyə

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.

Bu barədəMüdafiə Nazirliyindən məlumat verilib.

Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçib.

Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.

Ordu generalı A.Munir qonaqları salamlayaraq onları ölkəsində görməkdən məmnunluğunu ifadə edib. O, Vətən müharibəsində qazanılmış qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ordu generalı A.Munir iki ölkə orduları arasında dostluq münasibətlərinin inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, Pakistanın Azərbaycan ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

General-polkovnik K.Vəliyev Pakistanla bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişafı və genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.

Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.

 502 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Faciəvi şəkildə vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə ölüb. Hadisə Daşkəsəndə qeydə alınıb. Belə ki, 20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib. AzadMedia.az Azxeber.com-a istinadən ölən hərbçimizin fotosunu təqdim edir: Məqaləyə dair fotomateriallar:  503 total views