İsmayıllıda DƏHŞƏT: Yük maşını 22 yaşlı oğlanın üstündən keçdi

Admintrator
Oxunma vaxtı:25 Saniyə

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

Bu gün saat 15:00 radələrində rayonun Aşıqbayramlı kənd sakini Mustafayev Teymur Əlipaşa oğlu özünə məxsus “Qaz-53” markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düz yerdə saxlamayıb. Sürücü yerdə olduğu halda avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib, ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb.

Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

“Unikal”

 300 total views

Next Post

İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və […]