Zaporojyedə dörd yük maşını dolu hərbçi meyiti tapıldı – VİDEO

Admintrator
Oxunma vaxtı:36 Saniyə

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın əksər vilayətlərinə yenidən dron hücumları olub.

Qeyd edilib ki, Kiyevə edilən hücumların qarşısı alınsa da, digər vilayətlərdə dron zərbələri müşahidə olunub.

Məlumata görə, Donetsk və Baxmut istiqamətində döyüşlər daha da şiddətlənib:

“Ötən gecə Ukrayna ordusu Baxmut ətrafında daha yarım kilometr ərazini işğaldan azad edib. Qarşılıqlı əks-hücumlar davam edir”.

O da bildirilib ki, ağır döyüşlərin getdiyi digər ərazi Zaporojyedir:

“Hücumları artıran Rusiya ordusunun qarşısı Çapayevka kəndində alınıb. Ukrayna ordusunun endirdiyi dəqiq artilleriya zərbələri nəticəsində Rusiya ordusu itki verib. Hərbçilərin sözlərinə görə, həmin kənddə döyüşdən sonra dörd yük maşını dolu hərbçi meyiti tapılıb”.

 746 total views

Next Post

Təyyarədən enərkən yıxılan İraq prezidenti ağır zədə aldı

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bağdad Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılaraq xəsarət alıb. Hadisə isə o, Süleymaniyyədən Bağdada qayıdarkən baş verib. Nəticədə onun əl və qolunda bir neçə yerdən sınıqlar əmələ gəlib, bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıb. Bildirilib ki, prezident İraqın şimalına bir neçə günlük səfər edibmiş.  747 total […]