Prokuror yeniyetmə idmançını qətlə yetirən şəxsə 20 il cəza istədi

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Bakı Ağır Cinayətlər Mərkəzində Şağan Olimpiya İdman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı Ruslan Səfixanovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən idman arenasında baş verib.

İdman arenasında Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Loading

Next Post

Prezidentdən Naxçıvanla bağlı - Sərəncam

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin işçilərinin say […]