Azərbaycanda bu maşınların qiyməti ucuzlaşa bilər

Admintrator
Oxunma vaxtı:40 Saniyə

“Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub”.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək:

“Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir. Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək. Hazırda “Xəzər” avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır. Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq”.

 643 total views

Next Post

Prezident onları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Allahverdiyev Rəşad Zabid oğlu Allahverdova Sevda Rafiq qızı Balayev Mehyəddin Mövlud oğlu […]