Rusiyanın seçkilərə təsir cəhdləri ilə bağlı… – Çavuşoğlu

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2023-05/1684727979_1123972.jpg[/img][/center]

Rusiya tərəfindən Türkiyədə keçirilən prezident seçkilərinə təsir etmək cəhdləri barədə məlumat daxil olmayıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun müvafiq ittihamlarına münasibət bildirərkən deyib.

“Cənab Kılıçdaroğlu Rusiyaya qarşı təhdidlər dilə gətirib. Heç bir səbəbi olmadan ölkə ilə münasibətlərimizi korlamaq yaxşı deyil. Cənab Kılıçdaroğlundan konkret məlumatı olub-olmadığını soruşdum. Egər varsa elə bir məlumat, qoy paylaşsın. Cavab verdi ki, məndə [Rusiya tərəfinin hərəkətləri ilə bağlı] “belə təəssürat yaranıb”. Türkiyədə iqtidar iddiasında olan bir müxalifət lideri daha ciddi olmalıdır. Bizə də heç bir məlumat daxil olmayıb”, – deyə nazir qeyd edib.

Trend

Loading

Next Post

“Forsaj 10”un debütü uğurlu oldu

“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb. Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub. Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür. […]