Litva prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

“Biz Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”.

“Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Bu gün biz sağlam ikitərəfli əlaqələrimizə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanlar tapmaqda maraqlıyıq. Azərbaycanı nəhəng enerji potensialına və şaxələndirmə istəyinə malik olan, iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsalat, qabaqcıl qida emalı və bərpa olunan enerji kimi müxtəlif sahələri litvalı sahibkarları cəlb edir”, – o vurğulayıb.
Litva dövlət başçısı qeyd edib ki, sıfır emissiya hədəfinə diqqət yetirməklə iqtisadiyyatın inkişafı Azərbaycan və Litva iqtisadiyyatlarını da yaxınlaşdıra bilər:

“Mən qəti şəkildə inanıram ki, xalqlarımız təkcə iqtisadiyyat sahəsində deyil, həm də elm, təhsil və mədəniyyət sahələrində də birləşməlidir”.

Loading

Next Post

Vilnüsdə İlham Əliyevin Litvanın baş naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri İnqrida Şimonite ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 16:09 Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.