“Forsaj 10”un debütü uğurlu oldu

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.

Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Mənbə: gazeta.ru

Loading

Next Post

Quterreşdən etiraf: “BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”

Dövrün reallıqlarına cavab vermək üçün BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib. Yaponiyanın Xirosima şəhərində G7 toplantısından sonrakı mətbuat konfransında çıxış edən Quterreş BMT Təhlükəsizlik Şurasının və Bretton Vuds sisteminin İkinci Dünya Müharibəsindən sonrakı dövrlərə uyğunluğunu, lakin indi  yenilənməyə ehtiyac olduğunu bildirib. “Qlobal maliyyə arxitekturası […]