Azərbaycan lideri: “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”

Admintrator
Oxunma vaxtı:30 Saniyə

“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, 1 milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşməsinə, ərazilərimizin təxminən 20 faizinin işğal altında olmasına və işğal edilmiş ərazilərdə demək olar bütün infrastrukturun, binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılmasına baxmayaraq, ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza uzunmüddətli sülh gətirəcək”, – dövlət başçısı qeyd edib.

 49 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar. Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi […]