Təhsildən yayınma halları var – Nazirdən etiraf

Admintrator
Oxunma vaxtı:32 Saniyə

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər”.

 129 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ağcabədidə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinə start verib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinə start verib. “Technest” Təqaüd Proqramı çərçivəsində Azərbaycanın 60 regionuna ediləcək səfərlərdə bölgələrdə yaşayan İKT həvəskarları, eyni zamanda bu sahədə çalışan, tədris alan gənclərlərlə görüş keçirilir. “Aran” xəbər verir ki, mayın 12-də layihə çərçivəsində növbəti səfər Ağcabədiyə olub. ADPU Ağcabədi filialında […]