“Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmişik” – Paşinyan

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.

O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.

Məlumata görə, 2 saatdan çox davam edən və qapalı keçən iclasa bəzi nazirlər də qatılıblar.

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.

Loading

Next Post

Sinan Oğanın həyat yoldaşı kimdir?

Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçki üçüncüsü olub. Onun və ailəsi haqqında bəzi məlumatları təqdim edirik. 1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. […]