Həftəsonu rayonlarda hava necə olacaq?

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur–Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Ağgöl milli parkında hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

Qızılağac milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.
Göygöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

Loading

Next Post

“Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır”

“Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. Mətbuatda gedən məlumata görə, iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub”. Bu sözləri iqtisadçı Samir Əliyev “Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır və ya evlərin icbari sığortası barədə” […]