“Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir – Nazir

Admintrator
Oxunma vaxtı:44 Saniyə

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir”, -deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, 16 may tarixində Azərbaycanda “Zəngilan” tankeri suya buraxıldı. Tanker Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişilə inşa edilib.

Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.

 702 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

ABŞ-dəki konsulluğumuzun yanında "Artsax meydanı" yaratdılar - TƏXRİBAT

ABŞ-də Azərbaycana qarşı təxribat xarakterli daha bir ermənipərəst təşəbbüs reallaşıb. “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles şəhərində Azərbaycan Konsulluğunun yanındakı prospektlərin kəsişməsinə “Artsax Respublikası meydanı” adı verilib. Bu barədə Şəhər Şurası yekdilliklə qərar verib. Qeyd edək ki, Ermənistan əzəli Azərbaycan torpağında yaratmış olduğu qondarma terrorçu qurumu özü belə […]