Sinan Oğuz Türkiyəni silkələyə bilər – Bu namizədi DƏSTƏKLƏYƏCƏK

Admintrator
Oxunma vaxtı:52 Saniyə

“Türkiyə seçkilərinin prezident Rəcəb Tayyib Ərdoğanın uzun siyasi karyerasının sonu olub-olmayacağı ilə bağlı bu həftəki “Guardian Weekly”nin üz qabığını planlaşdırmağa başlamışdıq. Lakin tezliklə məlum oldu ki, Ərdoğanla bağlı proqnozlar böyük ölçüdə yanlış dəyərləndirilib”.

Bunu İngiltərədə nəşr olunan həftəlik xəbər jurnalı “Guardian Weekly” yazıb.

“İkinci turda Kılıçdaroğlunun əhəmiyyətli qayıdış ehtimalı istisna olmaqla, işarələr Ərdoğanın 20 illik hakimiyyətini uzadacağını göstərir” – məqalədə qeyd olunub.

ABŞ-ın nüfuzlu “New York Times” qəzeti isə “Türkiyə prezident seçkilərində uduzdu, amma ikinci turda ölkəni silkəyə bilər” başlıqlı xəbərində Sinan Oğana diqqət çəkib.

Qəzet səsvermənin ilk turunda üçüncü olan Sinan Oğanın birdən-birə Türkiyədə ən çox danışılan adlardan birinə çevrildiyini yazıb:

“Hansı namizədi dəstəkləyəcəyini hələ açıqlamayan Oğan deyir ki, ona səs verənlərin 70 faizinin məsləhətinə əməl edəcək. Lakin siyasi analitiklər buna o qədər də əmin deyillər. İlk turda onun bir çox tərəfdarı başqa namizədlərə etiraz etmək üçün onu seçmiş ola bilər”.

“New York Times” yazır ki, ilk turda rahat liderlik qazanan Ərdoğan ikinci turda da qalib gəlməyə hazır görünür: “Analitiklərin fikrincə, Sinan Oğanın seçiciləri Kamal Kılıçdaroğlundan çox Ərdoğana üstünlük verəcək”.

 205 total views

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Space TV-nin yayımı söyüşə görə 3 saatlıq dayandırılacaq

Bu gün Audiovizual Şurasının videoformatda iclası keçirilib. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub. Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində […]