Samsunda 1919 metrlik Türkiyə bayrağı açıldı

Admintrator
Oxunma vaxtı:22 Saniyə

Samsunda Atatürkü Anma, Gənclik və İdman Bayramı fəaliyyətləri çərçivəsində möhtəşəm 1919 metrlik bayraq yürüşü təşkil edilib.

Tədbirə Samsun valisi Zülkif Dağlı, Samsun millət vəkili Murat Çan, Samsun Universitetinin rektoru Mahmud Aydın, tələbələr və vətəndaşlar qatılıb.

Şəhərin İlkadım rayonundakı Şərəf Abidəsi qarşısından başlayan yürüş İstiqlal prospektindən keçərək 19 May Bulvarından Cümhuriyyət Meydanınadək davam edib.

Bayraq yürüşü Sahə Tibb Məktəbi və Təlim Mərkəzi Regional Orkestr Komandanlığının musiqi konserti ilə başa çatıb.

Mənbə: Haber Global

 124 total views

Next Post

Bakıda iki azyaşlı quyuya düşərək ölüb

Bakıda iki azyaşlı quyuya düşərək ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində […]