İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

Admintrator
Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada görüşəcəklər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə baş tutacaq.

Qeyd edək ki, hər iki ölkə lideri iyunun 1-də Avropa siyasi ictimaiyyətinin ikinci sammiti çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə beştərəfli formatda görüşəcəklər. Daha bir beştərəfli görüşün oktyabrda Qranadada keçirilməsi planlaşdırılır.

Brüsseldə növbəti üçtərəfli görüş isə iyulda keçiriləcək.

 22 total views

Next Post

"Məhkəmə Ülviyyə Alovlunu tapa bilmir" - Flora Kərimova

“Mən – Xalq artisti Flora Kərimova Ülviyyə Alovlunun əlindən, böhtanından, söyüşlərindən yorulmuş bir insan kimi 3 il ərzində məhkəməyə ayaq döydüm. İş hakim Abbas Rzayevin əlindədir. 6 aydan çoxdur axtarışda olan Ülviyyə Alovlunun guya tapıb məhkəməyə gəlməsini təmin edə bilmirlər. Bu, dırnaqarası axtarışdır”. Bu sözləri Xalq artisti Flora Kərimova sosial […]