Paşinyanın oğlunu maşınla vurub YARALADILAR – VİDEO

Admintrator
Oxunma vaxtı:27 Saniyə

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.

Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

Bildirilir ki, insident bu gün saat 15:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, oğurluqda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Lakin Aşot Paşinyan son anda maşından düşə bilib. Nəticədə həmin təşkilatın arxasınca gedən avtomobil vurub. Aşot Paşinyan ayağından yaralanıb. Hadisəni törədən “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar.

Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

 512 total views

Next Post

Azərbaycanda bu qaydalar dəyişdi - Əli Əsədovdan QƏRAR

Nazirlər Kabineti 10 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bu Qaydanın məqsədləri üçün vergi inzibatçılığı dedikdə vergilərin dövlət büdcəsinə […]