Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Admintrator
Oxunma vaxtı:24 Saniyə

28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.APA

 308 total views

Next Post

Nazirlik taksi şirkətlərinə XƏBƏRDARLIQ ETDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Bu barədə nazirlikdən məlumat verilib. Hazırda ölkə […]